Azərbaycan-Fransız Universitetinin Fondu yaradılıb

Azərbaycan-Fransız Universitetinin Fondu yaradılıb
# 15 sentyabr 2017 14:05 (UTC +04:00)

Bakıda fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) Fondu yaradılıb. APA-nın xəbərinə görə, fondun yaradılması ilə bağlı UFAZ-ın yeni binasının açılış mərasimində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Fransanın Strasburq Universiteti və Fransanın Kimya Tədqiqatlar Fondu arasında birgə müqavilə imzalanıb.

Müqaviləni Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı, Strasburq Universitetinin vitse-prezidenti İren Jakoberger və Fransanın Kimya Tədqiqatlar Fondun prezidenti Bernar Menye imzalayıb.

Bildirilib ki, fondun yaradılmasında məqsəd Azərbaycan, Fransa və xarici şirkətlərin UFAZ-ın gələcək inkişafına və onun tədqiqat fəaliyyətinə dəstək verməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR