Seçicinin səsvermə məntəqəsinin girişində yoxlanması qaydası ləğv edilir

Seçicinin səsvermə məntəqəsinin girişində yoxlanması qaydası ləğv edilir
# 13 dekabr 2017 08:25 (UTC +04:00)

Azərbaycanda seçkilər zamanı seçki məntəqəsinin girişində seçicinin şəxsiyyətinin müəyyənləşdirilməsi və sənədlərinin yoxlanması qaydası ləğv edilir.

APA-nın məlumatına görə, bununla bağlı Seçki Məcəlləsinin 104-cü (Səsvermə qaydası) maddəsinin 7-ci bəndi ləğv olunur.

Hazırda qüvvədə olan bənd belədir: "Məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri yoxlamalıdır".

Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR