Fransanın Korsika adasında meşə yanğınları səbəbi ilə 700 nəfər evakuasiya edilib.
APA-nın xəbərinə görə, bu barədə “Frans Press” məlumat yayıb.
Bildirilir ki, evakuasiya edilən insanların əksəriyyəti adaya istirahətə gəlib.
Meşə yanğınları avqustun 11-də gecə saatlarında Yuxarı Korsika Departamentində başlayıb. Yanğın 70-100 hektar sahəni əhatə edir.