Azərbaycan yığmasının Avropa çempionatının elit-raundu üçün heyəti açıqlanıb

Azərbaycan yığmasının Avropa çempionatının elit-raundu üçün heyəti açıqlanıb
# 11 mart 2019 21:44 (UTC +04:00)

Avropa çempionatının elit-raund mərhələsində iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyəti açıqlanıb. ONA-nın məlumatına görə, baş məşqçi Vüqar Məmməd heyətə 20 futbolçu çağırıb.
Martın 15-dən 27-dək Rusiyanın Krasnodar şəhərində təlim-məşq toplanışı və rəsmi oyunlar keçirəcək komandamızın şərəfini Nail Alışov, Turan Vəlizadə (hər ikisi “Neftçi”), Nicat Mehbaliyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Zamiq Əliyev, Tural Bayramov, Elvin Cəfərquliyev, Musa Qurbanlı (hamısı “Qarabağ”), Rüstəm Nuriyev, Vüsal Məsimov, İdris İnqilablı (hamısı “Qəbələ”), Zahid Mərdanov, Şakir Seyidov, Emil Qasımov (hamısı “Sabah”), Elnur İbrahimov (“Spartak-2”, Moskva, Rusiya), Rüstəm Samuqullin (“Stroqino”, Moskva, Rusiya), Sərhad Daşdəmir (“Filde”, İngiltərə), Kamran Quliyev (“Yonova”, Litva), Murad Mahmudov (“Frankfurt”, Almaniya) qoruyacaq.
Qeyd edək ki, millimiz martın 20-də Rusiya, 23-də İrlandiya, 26-da Rumıniya ilə görüşəcək. İkinci qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da, digər matçlar 18:00-da start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR