ABŞ İran Mərkəzi Bankının rəhbərini sanksiya siyahısına daxil edib

ABŞ İran Mərkəzi Bankının rəhbərini sanksiya siyahısına daxil edib
# 15 may 2018 20:33 (UTC +04:00)

İran Mərkəzi Bankının rəhbəri Vəliyulla Səif ABŞ-ın sanksiya siyahısına daxil edilib. APA-nın xəbərinə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilmiş məlumatda bildirilir.

Məlumata görə, Vəliyulla Səif İran İslam İnqilabının Keşikçiləri Korpusuna (İİİKK) göstərdiyi dəstəyə görə sanksiya siyahısına daxil edilib.

Sanksiyalar həmçinin İİİKK -ə dəstək verən digər iranlı şəxs, İraq vətəndaşı və “Əl Bilad” bankına qarşı tətbiq edilib.

İran hökuməti bundan əvvəl bəyan edib ki, ABŞ və onun müttəfiqləri İranın özünümüdafiə hüququnu açıq və kobud şəkildə pozur

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR