Şövkət Ələkbərovanın məzarı ziyarət olunub

Şövkət Ələkbərovanın məzarı ziyarət olunub
# 20 oktyabr 2017 14:10 (UTC +04:00)

Fəxri Xiyabanda xalq artisti, görkəmli müğənni Şövkət Ələkbərovanın məzarı ziyarət olunub.

APA-nın məlumatına görə, ziyarət mərasimində mədəniyyət və incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.

Millət vəkili Qənirə Paşayeva, əməkdar artist Aybəniz Haşımova, şair Baba Vəziroğlu və başqaları çıxış edərək Şövkət Ələkbərovanın Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışıblar. Qeyd olunub ki, illər keçsə də, Şövkət Ələkbərovanın ifasında lentə alınan mahnılar insanlar tərəfindən böyük sənət nümunələri kimi dinlənilir, onun yaradıcılığı, xatirəsi insanların qəlbində əziz tutulur. Ş. Ələkbərova təkcə müğənni kimi yox, pedoqoq kimi də musiqi xəzinəmizə böyük töhfələr verib, onun yetişdirdiyi tələbələr Azərbaycan mədəniyyətini dünyanın müxtəlif ölkələrində layiqincə təmsil ediblər.

SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR