"AGBank" nizamnamə kapitalını artırır

"AGBank" nizamnamə kapitalını artırır
# 09 fevral 2018 05:29 (UTC +04:00)

Bankın kapital mövqeyinin məhkəmləndirilməsi məqsədilə “AGBank” ASC tərəfindən hər birinin nominal dəyəri 2 manat olan 7 mln. manat məbləğində 3,5 mln. ədəd adi səhmlərin emissiya edilməsi qərara alınıb. "AGBank"dan" APA-Economics"ə verilən məlumata görə, bununla əlaqədar bankın kütləvi təklif üsulu ilə yerləşdirilən nominal dəyəri 2 manat olan 3 500 000 ədəd adı, sənədsiz, adlı səhminin emissiyasının dövlət qeydiyyatına alması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edilib. Yeni səhm emissiyasından sonra bankın nizamnamə kapitalı 109,2 mln. manat qədər yüksələcək. 2018-ci ilin sonuna qədər isə bankın nizamnamə kapitalının 125 mln. manata qədər artırılması gözlənilir. Qeyd edək ki, bankın səhmdarlarının 4 mart 2016-cı il tarixli növbədənkənar ümumi yığıncağında bankın Nizamnamə kapitalı 77,2 mln. manat artırılaraq 102,2 mln. manata çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR