Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud şagirdlərin siyahısını DİM-ə təqdim edəcək

Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud şagirdlərin siyahısını DİM-ə təqdim edəcək
# 25 oktyabr 2017 11:36 (UTC +04:00)

Təhsil Nazirliyi tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında sağlamlıq imkanları məhdud IX sinif şagirdlərinin siyahısı Dövlət İmtahan Mərkəzinə (DİM) təqdim ediləcək.

APA-nın xəbərinə görə, 2017/2018-ci tədris ilində ümumtəhsil müəssisələrində keçiriləcək buraxılış imtahanları və yekun qiymətləndirmə (attestasiya) ilə əlaqədar yeni təqvim planına əsasən bu proses dekabrın 1-dən başlanacaq və 2018-ci il yanvarın 15-dək davam edəcək.

Təhsil Nazirliyi tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında sağlamlıq imkanları məhdud XI sinif şagirdlərinin siyahısının DİM-ə təqdim edilməsi prosesi isə 1 dekabr-15 yanvar tarixlərində aparılacaq. Peşə liseylərinin şagirdləri ilə bağlı məlumatlar isə dekabrın 1-dən fevralın 20-dək müvafiq sistemə daxil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR