ABŞ-da 5,1 bal gücündə zəlzələ olub

ABŞ-da 5,1 bal gücündə zəlzələ olub
# 01 dekabr 2017 01:47 (UTC +04:00)

ABŞ-ın Delaver ştatında maqnitudası 5,1 olan zəlzələ qeydə alınıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar noyabrın 30-da saat 21.47-də (Bakı vaxtı ilə 01.47-də) qeydə alınıb. Zəlzələnin episentri Dover şəhərindən 10 km aralıda. Zəlzələnin ocağı 8,1 km dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR