"Mançester Yunayted"də Ole-Qunnar Sulşeri Massimiliano Alleqri əvəzləyə bilər

"Mançester Yunayted"də Ole-Qunnar Sulşeri Massimiliano Alleqri əvəzləyə bilər
# 16 yanvar 2020 13:15 (UTC +04:00)

"Mançester Yunayted" yenidən baş məşqçi dəyişikliyinə əl ata bilər.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, İngiltərə klubu Ole-Qunnar Sulşerin fəaliyyətindən məmnun deyil.

Hazırda Premyer Liqada 5-ci pillədə qərarlaşan "qırmızı şeytanlar" Çempionlar Liqasına vəsiqə uğrunda mübarizədən bir qədər də uzaqlaşsa, norveçli mütəxəssis istefaya göndəriləcək. Əgər bu baş verərsə, 46 yaşlı çalışdırıcı 6 milyon avro təzminat əldə edəcək.

Maçesterlilər yeni baş məşqçinin kimliyini də artıq müəyyənləşdiriblər. Sulşer komandadan göndərilərsə, bu posta italiyalı Massimiliano Alleqri gətiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR