Hacıqabulda yeməkxana yanıb

Hacıqabulda yeməkxana yanıb
# 16 oktyabr 2016 07:29 (UTC +04:00)

Bakı-APA. Hacıqabul rayonu, Qızılburun kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı yeməkxananın lambirdən ibarət tavanı 80 m2 sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 05:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR