"Neftçi"nin legioneri: “Qarabağ” bunu edibsə, biz niyə etməyək” - MÜSAHİBƏ

"Neftçi"nin legioneri: “Qarabağ” bunu edibsə, biz niyə etməyək” - MÜSAHİBƏ
# 16 dekabr 2019 21:12 (UTC +04:00)

“Neftçi”nin futbolçusu Soni Mustivar Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az saytının məlumatına görə, haitili yarımmüdafiəçi qarşılaşma, yarımfinal şansları və çempionluq mübarizəsindən danışıb.

- “Sumqayıt”a 0:1 hesablı məğlubiyyəti nə ilə əlaqələndirərdiniz?
- Biz kifayət qədər yaxşı oynaya bilmədik. “Sumqayıt” isə əks-hücumlarda yaxşı oynadı. Bir neçə qol şansını qaçırdıq. Amma bu əsas səbəb deyil. Biz rəqib kimi istəkli, aqressiv ola bilmədik. Bu gün bizə bu komponentlər çatışmırdı. Cavab matçında istək və aqressivlik sayəsində qələbə qazanmalıyıq.

- Premyer Liqadakı hər iki görüşdə rəqibə qalib gəlmişdiniz. Oyun öncəsi fikrinizdə yenə qalib gələcəyiniz barədə düşüncələr yox idi?
- Belə fikirlərimiz yox idi. Meydana bunu düşünərək çıxmamışdıq. “Sumqayıt” hər iki görüşdə qalib gəldiyimiz rəqiblərdəndir. Lakin biz hər oyunda maksimum bacarığımızı göstərməliyik. Görüşə tam köklənməli, öz oyunumuzu nümayiş etdirməliyik.

- 0:1 hesablı məğlubiyyət yarımfinal şanslarınızı nə qədər azaldıb?
- Şansımızın az olduğunu deməzdim. Səfər oyuna gedib qalib gəlməliyik. Ən azı iki topla qələbə qazanmalıyıq. Hətta bir qol da bizi qane edir. Kifayət qədər yaxşı oyunçularımız var. Onların yaxşı cəhətləri var. Bu bizə qalib gəlməyə imkan verəcək.

- Komandanın kapitanı Emin Mahmudovun yoxluğunda nə dərəcədə çətin idi?
- Təbii ki, Emin əla oyunçudur. O, Azərbaycan Premyer Liqasında istənilən komandada oynaya bilər. Hər bir komandada onun yoxluğunu hiss edərdi. Cavab matçında geri dönəcək.

- Komandanın iki hücumçusu Baqali Dabo və Rauf Əliyevin ehtiyatda qalması oyununuza necə təsir etdi?
- Bu, baş məşqçinin qərarıdır. Bizim özünü ön xətdə göstərə biləcək oyunçularımız var.

- Ötən mövsüm qış fasiləsinə 5 xal geridə yollanan “Qarabağ” sonda çempion oldu. “Neftçi” 6 xallıq fərqi aradan qaldıra bilərmi?
- “Qarabağ” bunu edibsə, biz niyə etməyək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR