KTMT müharibə olacağı təqdirdə, separatçı Dağlıq Qarabağa dəstək verməyəcək

KTMT müharibə olacağı təqdirdə, separatçı Dağlıq Qarabağa dəstək verməyəcək
# 06 mart 2018 11:20 (UTC +04:00)

Separatçı Dağlıq Qarabağ rejimi Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatının (KTMT) üzvü olmadığından müharibə olacağı təqdirdə, təşkilat Xankəndinə hərbi dəstək verməyəcək.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu barədə KTMT birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoliy Sidorov bildirib.

O qeyd edib ki, KTMT bütün sazişləri Ermənistanla imzaladığından İrəvan qarşısında müəyyən öhdəlikləri var.

A. Sidorov bildirib ki, KTMT müvafiq yardım xahişi olmadan quruma üzv dövlətin cəlb olunduğu bu və ya digər münaqişəyə müdaxilə etmək səlahiyyətinə malik deyil.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR