ABŞ-da helikopter evə çırpılıb, ölənlər var

ABŞ-da helikopter evə çırpılıb, ölənlər var
# 31 yanvar 2018 02:30 (UTC +04:00)

ABŞ-ın Cənubi Karolina ştatında helikopter evlərdən birinə çırpılıb, nəticədə 3 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Orinc dairəsində baş verib. Göyərtəsində 4 nəfərin olduğu “Robinson R44” tipli helikopter Nyuport Biç yaşayış məntəqəsindəki evlərdən birinə çırpılıb.

Hadisə nəticəsində daha 2 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR