Xırdalan sakinində narkotik maddə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Dadaşovdan 6 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.