Qəbələdə 22 yaşlı oğlan özünü asıb

Qəbələdə 22 yaşlı oğlan özünü asıb
# 09 avqust 2017 08:41 (UTC +04:00)

Qəbələ rayonunda intihar hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Əmirvan kənd sakini, 1995-ci il təvəllüdlü Mahmudov Rəvan Mahir oğlu meşə ərazisində yarımçıq tikilidə özünü kəndirlə asaraq intihar edib.

Onun özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir. Məlumata görə, 22 yaşlı gənc ofisiant işləyib.

Faktla bağlı Qəbələ şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR