TAP-ın Yunanıstan və Albaniyadan keçən hissəsində işlərin 60%-i yekunlaşıb

TAP-ın Yunanıstan və Albaniyadan keçən hissəsində işlərin 60%-i yekunlaşıb
# 29 avqust 2017 13:12 (UTC +04:00)

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz-2” qaz-kondensat yatağından hasil olunacaq təbii qazı Avropaya nəql edəcək Trans-Adriatik qaz boru kəmərinin (TAP) tikintisi davam etdirilir.

APA-Economics” TAP konsorsiumunun yaydığı məlumata istinadən xəbər verir ki, ümumi uzunluğu 878 km olan boru kəmərinin Yunanıstan və Albaniyadan keçən 765 km hissəsinin 458 km-i və ya 60%-nin tikintisi artıq yekunlaşıb.

Qeyd edək ki, TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.

TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).

Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR