Bakının mərkəzində mağazanı qarət etmək istəyən şəxs tutulub

Bakının mərkəzində mağazanı qarət etmək istəyən şəxs tutulub
# 21 dekabr 2019 12:14 (UTC +04:00)

Bakıda oğurluğa cəhd edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 20-də saat 16 radələrində Səbail rayonunun R.Rza küçəsindəki mağazaların birində oğurluğa cəhd göstərən 2 nəfər həmin ərazidə xidmət aparan DİN BİTİ-nin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən saxlanılıb.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə təhvil verilən şəxslərin paytaxt sakinləri N.Həsənova və əvvəllər soyğunçuluğa görə məhkum olunmuş R.Seyidov olduqları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla N.Həsənovanın Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR