Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı -Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsi başlayıb.
APA-nın məlumatına görə, Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Sarqsyan İşxan İrəvanda anadan olub, ali hərbi təhsil alıb, mühəndis-istehkamçı kimi hərbi hissədə çalışıb. Rafaelyan Vladimr də hərbi qulluqçu olduğunu, mühəndis-istehkam üzrə ixtisaslaşmış hərbi hissədə işlədiyini deyib.
Hakim Elmin Rüstəmov təqsirləndirilən şəxslərə hüquq və vəzifələrini elan edib. Onlara dövlət hesabına vəkil təyin edilib.
İşxan Sarqsyanın vəkili vəsatətlə çıxış edərək təqsirləndirilən şəxslərin əllərindən dəmir qandalların məhkəmə prosesi zamanı açılmasını xahiş edib. Bundan başqa, vəkil işlə tanış olmadığını və ittiham aktının surətini məhkəmədən onlara verilməsini və hazırlıq iclasının təxirə salınmasını xahiş edib.
Hakim ittiham aktının sürətlərini müdafiəçilərin çalışdığı vəkil bürolarına göndərdiklərini bildirib və vəkilin ittiham aktı ilə tanış olması üçün məhkəmə prosesində 1 saat fasilə elan olunub.
Fasilədən sonra qandalla bağlı verilən vəsatətin təmin edildiyi elan olunub. Məhkəmədə təqsirləndirilən şəxslərin əlləri açılıb.
Məhkəmə baxışı dekabrın 24-nə təyin edilib.
Hər iki Ermənistan vətəndaşı Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci ( qanunsuz silah əldə etmə), 318-ci (qanunsuz ölkə sərhədini keçmə), 282-ci (təxribat törətmə) maddələri ilə ittiham edilir.
İstintaq materiallarına əsasən, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri Sarqsyan İşxan Aşoti və mühəndis istehkamçı qismində hərbi xidmət keçən Rafaelyan Vladimir Otari 27 may 2021-ci il tarixdə saat 03 radələrində Azərbaycan Respublikasının dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçib, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirib.
Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanıb, Azərbaycan ərazisinə keçirilməsini təşkil etdikləri “TM 62-M” və “E-00-M” tipli ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb.
***
15.05
Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsi başlayıb.
APA-nın məlumatına görə, Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilir.
Qeyd edək ki, hər iki Ermənistan vətəndaşı Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham edilir.
***
09.02
Bu gün terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsi başlayır.
APA-nın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdiriləcəyi və məhkəmənin baxış iclasının təyin olunacağı gözlənilir.
Qeyd edək ki, hər iki Ermənistan vətəndaşı Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham edilir.