Bakıda taksi sürücüsü sərnişin tərəfindən bıçaqlanıb

Bakıda taksi sürücüsü sərnişin tərəfindən bıçaqlanıb
# 30 yanvar 2020 23:18 (UTC +04:00)

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə 5-ci mikrorayon ərazisində qeydə alınıb.

Taksi sürücüsü kimi fəaliyyət göstərən 26 yaşlı Qəhrəmanov Malik Mustafa oğlunun avtomobilini üç sərnişin saxlatdırıb. Sərnişinlərdən biri onu bıçaqla vurub.

Yaralı sürücü xəstəxanaya çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR