Kürdəmirdə sürücü bədbəxt hadisə nəticəsində dünyasını dəyişib

Kürdəmirdə sürücü bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
# 28 dekabr 2019 06:27 (UTC +04:00)

Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Çöhranlı kəndindən keçən hissəsində sürücünün ölümü ilə nəticələnən hadisə baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Astara rayon sakini, 1977-ci il təvəllüdlü İlham Nail oğlu Bayramov “Mercedes” markalı iritutumlu yük maşınını təmir etmək məqsədilə yolun kənarında saxlayıb. Bu zaman maşına quraşdırılmış qaldırıcı kran qırıldığından sürücü avtomaşının altında qalaraq dünyasını dəyişib. Yük maşının altında sıxılıb qalmış sürücünün meyiti Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Xidmətinin Qəza xilasetmə bölməsinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR