Bakıda Macarıstan inqilabının 60 illiyi qeyd edilib

Bakıda Macarıstan inqilabının 60 illiyi qeyd edilib
# 21 oktyabr 2016 18:45 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakıda Macarıstan inqilabının 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Macarıstanın Azərbaycandakı səfiri İmre Lasloski inqilabın tarixi barədə iştirakçılara məlumat verib. Səfir bildirib ki, Macarıstan azadlıq uğrunda mübarizə aparan insanların vətənidir: "1956-cı il inqilabının 60 illik il dönümü bütün dünyada qeyd olunur. Biz min ildən çox tarixi olan zəngin mədəniyyətimizlə də fəxr edirik".

Səfir Azərbaycan-Macarıstan münasibətlərinə də toxunaraq, iki dövlət arasında bütün sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini deyib: "Azərbaycan bu gün nəinki müstəqillik simvoluna çevrilib, eyni zamanda təhlükəsizliyin qarantı, beynəlxalq aləmdə vasitəçi kimi də mühüm yer tutur. Bizim üçün Azərbaycanla münasibətlərimiz çox mühümdür və bu münasibətlər 2004-cü ildən strateji səviyyəyə qalxıb. Cənab prezident İlham Əliyevin tezliklə Macarıstana səfərinə ümid edirik".

İqtisadiyyat nazirinin müavini Sahil Babayev isə çıxışında bu ilin 9 ayı ərzində Azərbaycan-Macarıstan arasında ticarətin dövriyyəsi 51 faiz artıb ki, bu da əlaqələrin inkişafından xəbər verir: "Əminik ki, iki ölkə arasında əlaqələr bundan sonra da uğurla davam edəcək və bu bayram münasibəti ilə mən Azərbaycan hökuməti adından macarları təbrik edirəm".

Sonra inqilab haqqında filmin nümayişi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR