Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb

Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb
# 28 noyabr 2016 08:49 (UTC +04:00)

Ağdaş rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 239-cu kilometrliyində, Ağdaş rayonu ərazisindən keçən Türyançay çayının üstündəki körpüdə qeydə alınıb.

Ağdaş rayonu, Qaradağlı kənd sakini - 1989-cu il təvəllüdlü İsgəndərov Elmir Fəzail oğlunun idarə etdiyi 90-DA-764 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı minik avtomobili yolu keçməkdə olan piyada, Ağdaşın Orta Qəsl kənd sakini, 1979-cu il təvəllüdlü Məmmədov Afiq Aydın oğlunu vurub. Afiq Məmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR