Fəaliyyətini dayandıran üç sığorta şirkətinin lisenziyası ləğv olunub

Fəaliyyətini dayandıran üç sığorta şirkətinin lisenziyası ləğv olunub
# 30 dekabr 2016 09:25 (UTC +04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 29 dekabr 2016-cı il tarixli qərarına əsasən "Buta Sığorta", "Beynəlxalq Sığorta Şirkəti" və "Azərqarant Sığorta" ASC-lərə sığorta fəaliyyətinə verilmiş lisenziyaları sığortaçıların müraciətinə əsasən ləğv edilib.

Palatadan "APA-Economics"ə verilə məlumata görə, sözügedən sığorta şirkətlərinin səhmdarlarının ümumi yığıncağı tərəfindən həmin sığortaçıların könüllü qaydada ləğv edilməsinə dair qəbul edilmiş qərarla bağlı MBNP-yə müraciət daxil olub.

MBNP "Sığorta fəaliyyəti haqqında" qanunun müvafiq maddəsinə və palatanın nizamnaməsinin müvafiq bəndinə əsasən "Buta Sığorta" ASC, "Beynəlxalq Sığorta Şirkəti" ASC və "Azərqarant Sığorta" ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyaları ləğv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR