"Shell" 16 "upstream" aktivini satır

"Shell" 16 "upstream" aktivini satır
# 19 oktyabr 2016 15:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Shell" neft-qaz konserni ümumi dəyəri 500 mln. dollar olan 16 "upstream" aktivini satışa çıxarıb. "APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu şirkətin kəşfiyyat və hasilat üzrə icraçı direktoru Endi Braun bildirib.

"Hazırda ümumi dəyəri 500 milyon dollar olan 16 aktiv satışa çıxarılıb", - deyə E. Braun Londonda keçirilən illik "Oil & Money" konfransında bildirib.


"Shell" aktivlərinin satışı proqramını işə salıb. Şirkət 3 il ərzində 30 mlrd. dollar gəlir əldə etməyi ümid edir və bu ilin fevral ayında Britaniyanın "BG Group" şirkətini əldə etdikdən sonra borclarını azaldacaq. Bazarda bağlanmış əqdlərin sayı neftin qiymətinin dinamikasının qeyri-müəyyənliyi fonunda azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR