Şəmkirdə yük və minik avtomobilləri qoyun sürüsünə girib

Şəmkirdə yük və minik avtomobilləri qoyun sürüsünə girib
# 20 oktyabr 2016 10:05 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Şəmkirdə yük və minik avtomobilləri qoyunları vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə oktyabrın 19-da saat 19.00 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbəsində baş verib.

Göygöl rayon sakini Əli Əliyev idarə etdiyi KamAZ və Gəncə şəhər sakini Yolçu Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun hərəkət hissəsində olan Gədəbəy rayon sakini Ayvaz Məmmədova məxsus 39 baş qoyunu vurublar.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR