Göyçayda avtomobil qəzası zamanı ölən və xəsarət alan qardaşların adları məlum olub - FOTO - YENİLƏNİB

Göyçayda avtomobil qəzası zamanı ölən və xəsarət alan qardaşların adları məlum olub - FOTO - YENİLƏNİB
# 29 noyabr 2019 21:01 (UTC +04:00)

Göyçayda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə bu gün axşam saat 19:00 radələrində Göyçay-Ucar yolunda, Hüngütlü kəndi ərazisində "VAZ 2106" markalı minik avtomobilinin "QAZEL" markalı yük avtomobilinə çırpılaraq yol kənarındakı çökək əraziyə aşması nəticəsində rayonun Mallı-Şıxlı kənd sakinləri, 1993-cü il təvəllüdlü İsmayılzadə Məbud Nizami oğlu və onun qardaşı, 1989-cu il təvəllüdlü Pərviz İsmayılzadə ağır bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan Məbud İsmayılzadə xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

****

Göyçayda yol-nəqliyyat hadisəsi olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 19:00 radələrində Göyçay-Ucar avtomobil yolunda, Hüngütlü kəndi ərazisində qeydə alınıb. "VAZ 2106" markalı minik avtomobili sürətlə hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkət edən "QAZEL" markalı yük avtomobilinin arxa tərəfinə çırpılıb. Hadisə zamanı minik avtomobilində olan bir nəfər ölüb, digəri isə yaralanıb. Həmin şəxslərin qardaş olduğu deyilir.

Faktla bağl Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR