Nazir: “Qazlaşdırma nəticəsində odun və ağaca ehtiyac kəskin azalıb”

Nazir: “Qazlaşdırma nəticəsində odun və ağaca ehtiyac kəskin azalıb”
# 18 noyabr 2016 08:20 (UTC +04:00)

“Regionların qazlaşdırılması nəticəsində odun və ağacdan istifadəyə ehtiyac kəskin azalıb, bu cür hallara qarşı mühafizə tədbirləri gücləndirilib”.

APA-nın xəbərinə görə, bu sözləri ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. O bildirib ki, ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycanın əldə etdiyi nəticələr qənaətbəxşdir: “Azərbaycan Paris razılaşmasını ratifikasiya edərək üzərinə könüllü olaraq öhdəliklər götürüb. BMT-nin sifarişi ilə Yel və Kolumbiya universitetlərinin apardığı tədqiqatlar göstərir ki, son 10 ildə meşələrin mühafizəsində və artırılmasında irəliləyişə nail olan ölkələrin sırasında Azərbaycan 2-ci ölkədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR