Ağcabədi sakini ov tüfəngi ilə özünü vurub

Ağcabədi sakini ov tüfəngi ilə özünü vurub
# 30 yanvar 2017 08:58 (UTC +04:00)

Ağcabədi rayonunda yaşayan şəxs ov tüfəngindən açılan atəşdən xəsarət alıb.

APA-nın saytına istinadən verdiyi məlumata görə, yanvarın 29-da Ağcabədi rayonunun Taxtakörpü kəndində yaşayan Əmrah Məmmədov həyətlərində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən ayaq nahiyəsindən xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.

Laçın RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "İJ-16" markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR