Sumqayıtda avtomobillə vurulan piyada xəstəxanada ölüb

Sumqayıtda avtomobillə vurulan piyada xəstəxanada ölüb
# 23 noyabr 2019 10:52 (UTC +04:00)

Sumqayıtda 3 gün əvvəl avtomobillə vurulan piyada xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, noyabrın 20-də şəhər ərazisində yolu keçmək istəyən Aslan Aslanovu yük maşını vurub.

Ağır bədən xəsarətləri ilə xəstəxananın reanimasiyasına yerləşdirilən A. Aslanovun həyatını xilas etmək mümkün olmayıb, o, bu gün səhər saatlarında keçinib.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR