"Azərbaycan Sənaye Bankı"nın öhdəlikləri 15% artıb

"Azərbaycan Sənaye Bankı"nın öhdəlikləri 15% artıb
# 19 yanvar 2017 14:34 (UTC +04:00)

"Azərbaycan Sənaye Bankı" ASC-nin aktivlərinin həcmi 2016-cı ilin IV rübündə 787,179 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 14,02% çoxdur.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 76,2% artaraq 297,419 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 1,65% artaraq 432,708 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 4,5% azalaraq 336,077 mln. manat təşkil edib.

Öhdəliklərin həcmi 14,8% artaraq 702,526 mln. manat təşkil edib.

Bir il ərzində bankın məcmu kapitalı 3,02% artaraq 73,748 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 60 mln. manat olub.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 6,77% artaraq 26,606 mln. manata, xərcləri isə 20,8% artaraq 18,262 mln. manata çatıb.

Ötən il bankın əldə etdiyi mənfəət 3 mln. 833,20 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR