Azərbaycanın dənizdəki yataqlarından 1 mlrd. tondan çox neft və 668 mlrd. kubmetr qaz hasil edilib

Azərbaycanın dənizdəki yataqlarından 1 mlrd. tondan çox neft və 668 mlrd. kubmetr qaz hasil edilib
# 30 may 2018 14:53 (UTC +04:00)

"Azərbaycanın indiyədək dənizdəki yataqlarından 1 mlrd. 42 mln. ton neft və 668 mlrd. kubmetr qaz hasil edilib.

APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov bu gün Bakıda keçirilən Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, quruda yerləşən yataqlardan isə hasilatın həcmi 977 mln. ton neft və 139 mlrd. kubmetr qaz olub.

"İndiyədək dənizdə və quruda ümumilikdə 83 yataq kəşf olunub. Kəşf olunan yataqlardan 62-si istismardadır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR