Kanadada sərnişin qatarı relsdən çıxıb

Kanadada sərnişin qatarı relsdən çıxıb
# 31 may 2018 04:32 (UTC +04:00)

Kanadanın Ontario əyalətində “Polar Bear Express” şirkətinin sərnişin qatarı relsdən çıxıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Musoni şəhəri yaxınlığında qeydə alınıb.

Koçreyn şəhəri istiqamətində hərəkət edən qatarda 80 nəfər olub, onlardan bir neçəsi yüngül xəsarət alıb. Hadisə yerinə xilasedicilər cəlb edilib. Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR