"BakuBus" hava limanı ekspress xəttinin avtobusları üçün yeni dayanacaq quraşdırıb

"BakuBus" hava limanı ekspress xəttinin avtobusları üçün yeni dayanacaq quraşdırıb
# 06 noyabr 2017 08:54 (UTC +04:00)

"BakuBus"a məxsus hava limanı ekspress xəttinin avtobusları üçün yeni dayanacaq qurulub.


"BakuBus" MMC-dən "APA-Economics"ə verilən məlumata görə, buna səbəb "Buta Airways" aviaşirkətinin uçuşlarını Heydər Əliyev Beynəlxalq Hava Limanının 2-ci terminalından həyata keçirməsidir.

“2017-ci il oktyabrın 29-dan etibarən “Buta Airways” şirkəti uçuşlarını Heydər Əliyev Beynəlxalq Hava Limanının 2-ci terminalından həyata keçirməsi ilə əlaqədar olaraq, "BakuBus"a məxsus Hava Limanı ekspress xəttin avtobusları üçün 2-ci terminalın qarşısında əlavə dayanacaq təşkil olunub. Artıq sərnişinlərimiz həm 1-ci, həm də 2-ci terminalların qarşısından ekspress xəttimizin xidmətlərindən istifadə edə bilər”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, avtobuslarımız hər yarım saatdan bir Heydər Əliyev Beynəlxalq Hava Limanı və Bakı Dәmir Yolu Vağzalı istiqamətində hərəkət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR