Bu il Bakıda neft hasilatı artıb

Bu il Bakıda neft hasilatı artıb
# 30 mart 2018 13:18 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Bakının mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 5,4 mlrd. manat olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,5% artıb.

Bakı şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, yanvar-fevral aylarında sahənin əsas məhsulu olan xam neftin hasilatı 6 mln. 286,9 min ton, əmtəəlik təbii qazın hasilatı isə 2 mlrd. 898,1 mln. kubmetr təşkil edib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı 0,5% artıb, qaz hasilatı isə 9,4% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR