"Azexport.az" portalına 14 ayda 594 mln. dollara yaxın ixrac sifarişi daxil olub

"Azexport.az" portalına 14 ayda 594 mln. dollara yaxın ixrac sifarişi daxil olub
# 06 aprel 2018 13:32 (UTC +04:00)

2018-ci ilin fevral ayı ərzində "Azexport.az" portalına 37,6 mln. ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.

"APA-Economics"ə verilən məlumata görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin mart ayı üçün sayında qeyd olunub ki, 2017-ci ilin yanvar ayından 2018-ci ilin 28 fevral tarixinə kimi "Azexport.az" portalına dünyanın 81 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 594,1 mln. ABŞ dolları təşkil edib.

Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, cari ilin fevral ayında ən çox ixrac sifarişi şərab, fındıq ləpəsi, çay, xurma, alma, nar şirəsi, çiyələk, ipək xalça, biyan kökü, zəfəran, göbələk, qənnadı məhsulları, meyvə tamlı süd, şəkər tozu, toyuq yumurtası, kərə yağı, süd məhsulları, tibbi tənzif, tikinti kərpici, yataq dəsti, konserviləşdirilmiş ət, buğda unu və s. mallara olub.

Həmçinin “İxrac İcmalı”nda "Azexport.az" portalının Rusiyaya mal ixrac edən sahibkarlar üçün yaratdığı yeni imkanlar, sahibkarlara sərbəst satış sertifikatının verilməsi, Kənd Təsərrüfatı Nazirliyinin at və at əti ixracı ilə bağlı apardığı araşdırma, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin sahibkarlara göstərdiyi xidmətlər və s. məsələlər barədə də məlumatlar verilib.

Qeyd edək ki, “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR