Çempionlar Liqasında III təsnifat mərhələsinin cütləri müəyyənləşib

Çempionlar Liqasında III təsnifat mərhələsinin cütləri müəyyənləşib
# 23 iyul 2015 08:02 (UTC +04:00)

Bakı – APA. Çempionlar Liqasının III təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, başa çatan II təsnifat mərhələsindən sonra növbəti mərhələnin 15 cütünün tərkibi dəqiqləşib.

Onlardan 5-i püşkdən dərhal sonra bəlli idisə, digər 10-da kimin oynayacağına son oyunlar aydınlıq gətirib. Azərbaycan çempionu “Qarabağ” bu mərhələdə Şotlandiyanın “Seltik” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları iyulun 28-29-da və avqustun 4-5-də keçiriləcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Çempionlar yolu

“Lex” (Polşa) - “Bazel” (İsveçrə)

“Milsami” (Moldova) - “Skenderbeu” (Albaniya)

“Seltik” (Şotlandiya) - “QARABAĞ” (AZƏRBAYCAN)

“Styaua” (Rumıniya) - “Partizan” (Serbiya)

HİK (Finlandiya) - “Astana” (Qazaxıstan)

“Midtyulland” (Danimarka) - APOEL (Kipr)

“Makkabi” (Təl-Əviv, İsrail) - “Viktoriya” (Çexiya)

“Dinamo” (Xorvatiya) - “Molde” (Norveç)

“Videoton” (Macarıstan) - BATE (Belarus)

“Zalsburq” (Avstriya) - “Malmö” (İsveç)

Qeyri-çempionlar yolu

“Fənərbaxça” (Türkiyə) - “Şaxtyor” (Ukrayna)

“Rapid” (Avstriya) - “Ayaks” (Hollandiya)

“Panatinaikos” (Yunanıstan) - “Brügge” (Belçika)

“Yanq Boyz” (İsveçrə) - “Monako” (Fransa)

MOİK (Rusiya) - “Sparta” (Çexiya)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR