Gürcüstanda xüsusi əməliyyat nəticəsində azərbaycanlı saxlanılıb

Gürcüstanda xüsusi əməliyyat nəticəsində azərbaycanlı saxlanılıb
# 13 oktyabr 2017 19:13 (UTC +04:00)

Gürcüstan Daxili İşlər Nazirliyi Rustavi şəhərində xüsusi əməliyyat keçirib.

APA-nın yerli bürosunun xəbərinə əsasən, əməliyyat nəticəsində narkotik maddələrin qeyri-qanuni dövriyyəsində şübhəli bilinən bir nəfər saxlanılıb.

Həmin şəxsin azərbaycanlı olduğu bildirilir. Digər məlumata əsasən, saxlanılan şəxs Azərbaycan vətəndaşıdır.

Qeyd edək ki, bu gün Gürcüstanın Marneuli rayonunda Azərbaycan vətəndaşı külli miqdarda narkotik vasitə ilə saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR