Bakıda mənzillərdən oğurluq edən şəxs həbs edilib

Bakıda mənzillərdən oğurluq edən şəxs həbs edilib
# 31 yanvar 2020 13:15 (UTC +04:00)

Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 4-dən bu il yanvarın 30-dək olan müddətdə Ramana qəsəbəsindəki evlərin birindən 700 manat və 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Səlimov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun yanvarın 28-də daha bir evdən pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR