Rusiya XİN: Qərbdəki bəzi siyasi qüvvələrin Azərbaycanda seçkilərə münasibətdə mənfi rəyi seçkilərə qədər də müşahidə olunurdu

Rusiya XİN: Qərbdəki bəzi siyasi qüvvələrin Azərbaycanda seçkilərə münasibətdə mənfi rəyi seçkilərə qədər də müşahidə olunurdu
# 12 aprel 2018 16:42 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi Qərb təşkilatlarının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyinə münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanda seçkiləri çoxlu sayda beynəlxalq müşahidəçi izləyib.

"Bu faktdır. Onların hamısı öz fikirlərini bildirməlidir. Lakin biz yaxşı başa düşürdük və deyirdik ki, Qərbdəki bir sıra siyasi qüvvələrin Azərbaycanda seçkilərə münasibətdə mənfi rəyi hələ seçkilərə qədər də müşahidə olunurdu. Biz, seçkilərlə bağlı belə münasibəti, qərəzli və öncədən hazırlanmış yanaşmanı Qərbdəki qeyri-hökumət təşkilatlarının simasında təkcə Azərbaycana deyil, bir sıra ölkələrə münasibətdə də görürük", - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR