Tbilisidə azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirilib

Tbilisidə azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirilib
# 01 dekabr 2017 08:23 (UTC +04:00)

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə azərbaycanlıların sıx yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib.

APA-nın yerli bürosu Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, əməliyyat nəticəsində bir nəfər saxlanılıb.

1985-ci il təvəllüdlü şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir. İstintaqla müəyyən olunub ki, həmin şəxs sistematik olaraq narkotik vasitə satıb. Ondan maddi sübut kimi 2 bağlama heroin müsadirə olunub.

DİN faktla bağlı istintaq aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR