Zaqatalada 5 gün əvvəl qəza törədən sürücü xəstəxanada ölüb

Zaqatalada 5 gün əvvəl qəza törədən sürücü xəstəxanada ölüb
# 21 dekabr 2019 09:05 (UTC +04:00)

Zaqatalada 5 gün əvvəl yol qəzasında ağır xəsarət alan şəxs xəstəxanada ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alan, rayonun Bəhmətli kənd sakini, 1984-cü il təvəllüdlü Vüsal Məmməd oğlu Şirinov dekabrın 20-dən 21-ə keçən gecə dünyasını dəyişib.
Qeyd edək ki, V. Şirinov dekabrın 16-sı axşam saatlarında yaşadığı kəndin ərazisində idarə etdiyi qoşqulu motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə vurub. Nəticədə ağır xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR