Şəkidə avtomobil velosipedçini vurub

Şəkidə avtomobil velosipedçini vurub
# 03 aprel 2017 21:28 (UTC +04:00)

Şəkidə avtomobil velosipedçini vurub

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, aprelin 3-ü axşam saat 20 radələrində Şəki şəhər sakini, 1992-ci il təvəllüdlü Elxan Oruc oğlu Kərimov qapalı kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub.

Müayinə zamanı məlum olub ki, 25 yaşlı Elxan Kərimov şəhər ərazisində velosiped sürərkən maşın vurub.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, Elxan Kərimov “VAZ 21074” markalı 55 BT 523 dövlət nömrə nişanlı minik avtomobili tərəfindən vurulub. Sürücünün adı hələ ki, açıqlanmır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR