On bankın qorunan əmanətçilərinə 498 mln. manata yaxın kompensasiya ödənilib

On bankın qorunan əmanətçilərinə 498 mln. manata yaxın kompensasiya ödənilib
# 20 oktyabr 2016 05:47 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən 19 oktyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 mln. 820 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50 mln. 977 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 18 mln. 70 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 876 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 104 mln. 743 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, 19 oktyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 876 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 mln. 876 min manatdan artıq kompensasiya ödənilib.

19 oktyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 977 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 mln. 38 min manatdan artıq kompensasiya ödənilib.

19 sentyabr 2016-cı il tarixə “Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 232 mln. 469 min manat artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 498 mln. 126 min manatdan artıq kompensasiya ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR