"Atəşgah Sığorta"nın öhdəlikləri 10% artıb

"Atəşgah Sığorta"nın öhdəlikləri 10% artıb
# 05 aprel 2017 10:29 (UTC +04:00)

2016-cı ildə “Atəşgah Sığorta” ASC-nin aktivləri 2015-ci illə müqayisədə 28,7% artaraq 43 mln. 133,029 min manat olub. "APA-Economics" şirkətin saytında yer alan hesabata əsasən xəbər verir ki, hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 12 mln. 434,059 min manat (2,6 dəfə artım), qısamüddətli aktivləri 30 mln. 698,970 min manat (7% artım) təşkil edib.


2017-ci ilin əvvəlinə şirkətin öhdəlikləri 9,9% artaraq 28 mln. 223,885 min manat olub. 2016-cı ildə şirkətin uzunmüddətli öhdəlikləri 26 mln. 872,893 min manat olub (6,6% artım), qısamüddətli öhdəlikləri isə 1 mln. 350,992 min manat (2,8 dəfə artım) təşkil edib.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 5 mln. 8,500 min manat, cəmi kapitalı isə 2,3 dəfə artaraq 14 mln. 909 min 143,97 manat təşkil edib.

Hesabat dövrünün sonuna şirkətin cəmi gəlirləri 42 mln. 601,756 min manat, cəmi xərcləri isə 42 mln. 228,966 min manat təşkil edib.

Şirkət ötən ili 298 min 232,05 manatlıq xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR