“Ermənilər vaxtaşırı musiqi alətlərimizi özününküləşdirməyə, milliləşdirməyə, erməni musiqi alətinə çevirməyə cəhd ediblər”.
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə keçirilən “Azərbaycanın milli musiqi alətləri: Keçmişimiz, bu günümüz” mövzusunda elmi-praktik konfransda deyib. Nazir müavini bildirib ki, ermənilərin hücumları təkcə musiqi alətlərinə olmayıb: "Bu hücum cəhdləri, vandallıq təkcə musiqi alətlərinə yox, zaman-zaman bizim kulinariyamıza və ümumən mənəvi dəyərlərimizə olub. Sirr deyil ki, bu gün də bu proses davam edir".
Ə. Vəliyev qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi və digər əlaqələri dövlət qurumları bu istiqamətdə lazımi addımları atır və proses bundan sonra da davam etdiriləcək.
Nazir müavini: “Ermənilər vaxtaşırı musiqi alətlərimizi özününküləşdirməyə cəhd edir”
04 aprel 2017 08:38 (UTC +04:00)
Mədəniyyət siyasəti
Adil Kərimli Samuxda vətəndaşları qəbul edəcək
17:53
27 may 2024
Tacikistan Mədəniyyəti Günləri başa çatıb - FOTO
10:57
24 may 2024
Silahlı münaqişə zamanı mədəni sərvətlərin daşınma qaydası müəyyənləşib
19:18
23 may 2024
#TikTokdanÖyrən layihəsinin nəticələri yekunlaşıb, 20 min maarifləndirici video yaradılıb
16:15
22 may 2024