Salyanda 18 yaşlı qızını qətlə yetirən kişinin şikayəti təmin edilməyib

Salyanda 18 yaşlı qızını qətlə yetirən kişinin şikayəti təmin edilməyib
# 16 oktyabr 2017 13:18 (UTC +04:00)

Şirvan Apellyasiya Məhkəməsində Salyan rayonunda qətl törətmiş şəxsin apellyasiya şikayətinə baxılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim Kamil Bəşirovun sədrliyi ilə keçirilən prosesdə Rauf Əsədxan oğlu Əsədovun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2016-cı il dekabrında rayonun Xurşid kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı Rauf Əsədov qızı, 11-ci sinif şagirdi olan 1998-ci il təvəllüdlü Fərqanə Əsədovanı qətlə yetirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əsədov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. R. Əsədov cəzasının azaldılması üçün apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR