Lənkəranda torpaq üstündə dava olub, ağır xəsarət alan var

Lənkəranda torpaq üstündə dava olub, ağır xəsarət alan var
# 11 iyul 2017 10:53 (UTC +04:00)

Lənkəran rayonunda bələdiyyə sədri qardaşı ilə birlikdə həmkəndlisini vəhşicəsinə döyüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəranın Separadi kəndində baş verib.

Bildirilir ki, kənd sakini, 1960-cı il təvəllüdlü İmamverdi Məmmədov kənd bələdiyyə sədri Ceyhun Cəfərov və qardaşı Azər Cəfərov tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan İ. Məmmədov yaxınları tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasına aparılıb.

İ. Məmmədovun oğlu Amid Məmmədov bildirib ki, hadisəyə səbəb torpaq sahəsi üstündə mübahisə olub. Artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

İ. Məmmədovun bir müddət öncə cərahiyyə əməliyyatı olunduğu deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR