Bəşər Əsəd Suriya prezidenti postundan gedəcəyi tarixi açıqlayıb

Bəşər Əsəd Suriya prezidenti postundan gedəcəyi tarixi açıqlayıb
# 02 noyabr 2016 00:40 (UTC +04:00)

Suriya prezidenti Bəşər Əsəd üçüncü prezidentlik müddətinin sonunadək - 2021-ci ilədək ölkəyə rəhbərlik etmək niyyətində olduğunu bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Bəşər Əsəd “New York Times” nəşrinə müsahibəsində bildirib.

Suriya prezidenti, həmçinin, qeyd edib ki, hökumət qüvvələri münaqişədə qalib gəlməyincə ölkədə hər-hansı siyasi dəyişikliklərin baş verməsi mümkünsüzdür.

“Suriyada hazırda ictimai quruluşun vəziyyəti münaqişədən əvvəlki dövrdən daha yaxşıdır”, - deyə Əsəd qeyd edib.

Qeyd edək ki, Bəşər Əsəd ilk dəfə 2000-ci ildə 97,3% səs toplayaraq Suriya prezidenti seçilib. O, 2007-ci ildə ikinci (97,62%), 2014-cü ildə üçüncü dəfə (88,7% ) dövlət rəhbəri seçilib.

Suriyada prezidentlik müddəti 7 ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR