“MİDA” ötən ili xalis mənfəətlə başa vurub

“MİDA”  ötən ili xalis mənfəətlə başa vurub
# 18 may 2018 14:58 (UTC +04:00)

“MİDA” MMC ötən ilin maliyyə vəziyyəti haqqında hesabatını açıqlayıb.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, “MİDA”nın aktivlərinin həcmi ötən il 112 mln. 47,230 min manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 10,52 dəfə çoxdur.

MİDA-nın hesabat dövründə cəmi öhdəlikləri 3,84 dəfə azalaraq 32 mln. 194 min. manat olub.

Hesabat dövründə şirkətin cəmi kapitalı 10,65 dəfə artaraq 112 mln. 522,381 min manata çatıb. Nizamnamə kapitalı 10 mln. manat təşkil edib.

Cəmi gəlirləri 5 mln. 356,450 min manat təşkil edib ki, cəmi xərcləri isə 3 mln. 863,798 min manat təşkil edib.

Ümumilikdə, MİDA ötən ili 1 mln. 492,652 min manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR